Zərbə dalğa terapiyası nədir?
Zərbə dalğa terapiyası (ESWT, FSWT) səs dalğaları vasitəsilə vətər və bağ toxumasına təsir edən, dəri üzərindən tətbiq olunan — qeyri-invaziv — fizioterapiya üsuludur.
Hansı xəstəliklərdə istifadə olunur?
- Daban tikanı — səhərlər ilk addımda hiss olunan güclü daban ağrısı. Ətraflı
- Tennisçi dirsəyi (lateral epikondilit) — dirsəyin xarici hissəsində ağrı. Ətraflı
- Qolfçu dirsəyi (medial epikondilit) — dirsəyin daxili hissəsində ağrı.
- Tendinit — çiyin, dirsək, diz və topuq nahiyəsində vətər iltihabı.
Müalicə planında yeri
Bu xəstəliklərin müalicəsində zərbə dalğa terapiyası elektroterapiya və xüsusi idman hərəkətləri ilə birlikdə tətbiq olunur; ehtiyac olduqda lokal inyeksiyalar əlavə edilə bilər. Konkret plan müayinədən sonra müəyyən olunur.