Oynaqdaxili inyeksiya nədir?
Oynaqdaxili inyeksiya dərmanın birbaşa problemli oynağa yeridilməsidir. Məqsəd ağrının və iltihabın azalması, hərəkət rahatlığının bərpasıdır.
Hansı növləri var?
- Hialuron turşusu (viskosupplementasiya) — oynaq mayesinin sürtkü və amortizasiya funksiyasını dəstəkləyir.
- Steroid — kəskin iltihabi vəziyyətlərdə iltihabın azaldılması üçün.
- PRP (trombositlə zəngin plazma) — xəstənin öz qanından hazırlanır.
- Ekzosom — müasir regenerativ yanaşmalardan biri.
- Proloterapiya — vətər problemlərində bəzi hallarda tətbiq olunur.
İnyeksiya necə aparılır?
Müdaxilələr ultrasəs müşayiəti ilə həyata keçirilir: ultrasəs iynənin oynaq boşluğuna dəqiq yerləşdirilməsini görməyə imkan verir. Eyni üsulla oynaqda toplanmış artıq maye (effüzyon) boşaldıla bilər.
Ultrasəs müşayiəti ilə hansı müdaxilələr aparılır?
- Əzələ-skelet sisteminin ultrasəs müayinəsi
- Oynaqdaxili inyeksiyalar, o cümlədən PRP və ekzosom
- Vətərətrafı (peritendinoz) inyeksiyalar
- Əzələdaxili botulinum toksini tətbiqi
- Periferik sinir blokadaları
Kimlərə tətbiq olunur?
Diz və çiyin oynağı ağrıları, oynaq qığırdağının aşınması (artroz), Baker kisti və oynaqda maye toplanması olan — əməliyyatlıq səviyyədə olmayan — xəstələrə. Ətraflı: Diz ağrıları, Çiyin ağrıları.