Uzm. Dr. Ağalar CavadovFiziki müalicə və reabilitasiya

Xidmətlər

Nöral terapiya və quru iynələmə

Xroniki ağrı sindromlarında, əzələ spazmı və trigger pointlərdə digər fizioterapiya üsulları ilə birlikdə tətbiq olunan iynə ilə müalicə üsulları.

Uzm. Dr. Ağalar CavadovSon yenilənmə:

Nöral terapiya nədir?

Nöral terapiya vegetativ sinir sisteminə yönəlmiş, lokal anestetik maddələrin müəyyən nöqtələrə yeridilməsi ilə tətbiq olunan tamamlayıcı müalicə üsuludur. Xroniki ağrı sindromlarında digər müalicə üsulları ilə birlikdə istifadə olunur.

Uzm. Dr. Ağalar Cavadov Bilimsel Nöral Tedavi Derneği (Elmi Nöral Terapiya Dərnəyi) üzvüdür.

Quru iynələmə nədir?

Quru iynələmə akupunktur iynəsi ilə əzələ daxilindəki gərgin nöqtələrə — trigger pointlərə — birbaşa müdaxilə üsuludur. «Quru» adlanmasının səbəbi iynə vasitəsilə heç bir dərmanın yeridilməməsidir.

Miyofasial ağrı sindromu nədir?

Əzələlərdə yaranan gizli trigger pointlərin boyun, kürək, bel və çiyin nahiyəsində keçməyən ağrıya səbəb olduğu vəziyyətdir. Əsas səbəbləri uzunmüddətli oturaq həyat tərzi, stress və gərginlik, yanlış duruşdur.

Hansı hallarda tətbiq olunur?

  • Xroniki bel və boyun ağrıları
  • Fibromialgiya və miyofasial ağrı sindromu
  • Əzələ spazmı
  • Uzunmüddətli oturaq həyat tərzi ilə bağlı əzələ gərginliyi

Düzgün fizioterapiya prosedurları, fərdi seçilmiş məşqlər, quru iynələmə və nöral terapiya protokolları əzələləri rahatladır, qan dövranını yaxşılaşdırır və ağrının azalmasına kömək edir. Ətraflı: Fibromialgiya və miyofasial ağrı.