Uzm. Dr. Ağalar CavadovFiziki müalicə və reabilitasiya

Həkim haqqında

Uzm. Dr. Ağalar Cavadov haqqında

Fiziki müalicə və reabilitasiya üzrə uzman həkim. 2025-ci ilin dekabrından Baku Medical Plaza Babək filialının Fizioterapiya və Reabilitasiya şöbəsinə rəhbərlik edir, 2019-cu ildən İstanbul Atlas Universiteti Xəstəxanasında Doktor Öğretim Üyesi vəzifəsində çalışır.

Bioqrafiya

Uzm. Dr. Ağalar Cavadov 1986-cı ildə Neftçala şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini (2004–2010) bitirdikdən sonra Neftçala Şəhər Mərkəzi Xəstəxanasının kardiologiya şöbəsində ixtisas təhsili alıb və məcburi xidmət keçib (2010–2013). 2013–2017-ci illərdə İstanbul Universiteti İstanbul Tibb Fakültəsinin Fiziki Tibb və Reabilitasiya Anabilim Dalında ixtisaslaşıb.

Sonrakı illərdə Yeni Huzur Tıp Merkezi-nin (2018–2019) və Bakıdakı Mediland Hospital-ın (2018–2025, konsultant həkim) fiziki müalicə və reabilitasiya şöbələrində çalışıb. 2019-cu ildən İstanbul Atlas Universiteti Xəstəxanasında, 2025-ci ilin avqustundan həm də Atlas Universiteti Tibb Fakültəsində fəaliyyət göstərir. 2025-ci ilin dekabrından Baku Medical Plaza Babək filialının Fizioterapiya və Reabilitasiya şöbəsinə rəhbərlik edir.

Tibbi maraq sahələri

Fəaliyyət istiqaməti sümük, əzələ, oynaq və sinir sistemi xəstəliklərinin diaqnostikası, müalicəsi və reabilitasiyasıdır.

  • Manual terapiya, nöral terapiya və quru iynələmə
  • Nevroloji, ortopedik və pediatrik reabilitasiya
  • Vertiqo, limfödem və çənə oynağı xəstəliklərində reabilitasiya
  • Viskosupplementasiya — oynaqdaxili hialuron turşusu və steroid inyeksiyası
  • Oynaqdaxili PRP və ekzosom müalicəsi
  • Ultrasəs müşayiəti ilə əzələ-skelet sisteminin müayinəsi, oynaqdaxili və vətərətrafı inyeksiyalar, əzələdaxili botulinum toksini və periferik sinir blokadaları
  • Ozon terapiyası

Yanaşma

Biz yalnız simptomları — ağrını — kəsmirik; ağrını yaradan səbəbi tapıb onu müalicə edirik.

Müalicə planı hər xəstə üçün ayrıca qurulur. Eyni simptom müxtəlif insanlarda fərqli səbəbdən yarana bilər, ona görə də fizioterapiya prosedurları xəstənin klinik vəziyyətinə uyğun seçilir, əks göstərişlər nəzərə alınır və müalicə prosesi mütəmadi izlənilərək ehtiyac olduqda proqram yenilənir.

Təhsil və təcrübə

Peşəkar yol

  1. 2004–2010

    Azərbaycan Dövlət Tibb Universiteti

    Həkimlik təhsili (MD)

  2. 2010–2013

    Neftçala Şəhər Mərkəzi Xəstəxanası

    Kardiologiya şöbəsində ixtisas təhsili və məcburi xidmət

  3. 2013–2017

    İstanbul Universiteti, İstanbul Tibb Fakültəsi

    Fiziki Tibb və Reabilitasiya Anabilim Dalında ixtisas (rezidentura)

  4. 2018–2019

    Yeni Huzur Tıp Merkezi

    Fiziki müalicə və reabilitasiya şöbəsində həkim

  5. 2018–2025

    Mediland Hospital, Bakı

    Fiziki müalicə və reabilitasiya şöbəsində konsultant həkim

  6. 2019-cu ildən

    İstanbul Atlas Universiteti Xəstəxanası

    Fiziki Tibb və Reabilitasiya — Doktor Öğretim Üyesi (xəstəxananın əvvəlki adı: Medicine Hospital). 2025-ci ilin avqustundan həm də Atlas Universiteti Tibb Fakültəsinin Fiziki Müalicə və Reabilitasiya bölməsində.

  7. 2025-ci ilin dekabrından

    Baku Medical Plaza, Babək filialı

    Fizioterapiya və Reabilitasiya şöbəsinin müdiri

İxtisas dissertasiyasıİstanbul Universiteti, İstanbul Tibb Fakültəsi

Sakroilyak Disfonksiyonda Manuel Tedavi, Sakroilyak ve Lomber Egzersizlerin Etkinliklerinin Karşılaştırılması

Sakroiliak disfunksiyada manual terapiya ilə sakroiliak və lumbal məşqlərin effektivliyinin müqayisəsi. Elmi rəhbərlər: Prof. Dr. Cihan Aksoy (Türkiyə Manual Terapiya Dərnəyinin sədri) və Prof. Dr. Ayşegül Ketenci (Türkiyə Fiziki Tibb və Reabilitasiya Dərnəyinin əvvəlki sədri). Dissertasiya əsasında hazırlanan randomizə kontrollu araşdırma beynəlxalq Pain Physician jurnalında dərc olunub.

Javadov A, Ketenci A, Aksoy C. Pain Physician. 2021;24(3):223–233.

Elmi fəaliyyət

Sertifikatlar

Əsas sertifikatlar

Bütün təlim və sertifikatlar
  • 2022FIMM təsdiqli, 120 saatlıq irəli səviyyə manual tibb sertifikatıDr. Marc-Henri GauchatFIMM
  • 2019FIMM təsdiqli, 140 saatlıq əsas manual tibb sertifikatıDr. Marc-Henri GauchatFIMM
  • 2016Manual Medicine Basic Certificate (CAS) və Diploma of Advanced Studies (DAS)Dr. Wolfgang von Heymann

Üzvlüklər

Peşəkar dərnəklər

Uzm. Dr. Ağalar Cavadov Türkiyənin aşağıdakı tibb dərnəklərinin üzvüdür.

  • Türk Tabipleri BirliğiTürkiyə Həkimlər Birliyi
  • Türkiye Fiziksel Tıp ve Rehabilitasyon DerneğiTürkiyə Fiziki Tibb və Reabilitasiya Dərnəyi
  • Türkiye Manuel Tıp DerneğiTürkiyə Manual Tibb Dərnəyi
  • Bilimsel Tamamlayıcı Tıp ve Regülasyon DerneğiElmi Tamamlayıcı Tibb və Requlyasiya Dərnəyi
  • Bilimsel Nöral Tedavi DerneğiElmi Nöral Terapiya Dərnəyi
  • Mezoterapi Derneği (Mezoder)Mezoterapiya Dərnəyi
  • Auriküloterapi ve Aurikülo Tıbbı Fransız Kulak Akupunkturu Derneği (Aurider)Auriküloterapiya, aurikulyar tibb və Fransız qulaq akupunkturu dərnəyi
  • GAPS Sağlık DerneğiGAPS Sağlamlıq Dərnəyi

Qəbul

Şikayətlərinizi birlikdə qiymətləndirək

Müayinə zamanı şikayətləriniz, mövcud xəstəlikləriniz və keçirdiyiniz əməliyyatlar ətraflı qiymətləndirilir, müalicə planı buna uyğun fərdi qurulur.

Qəbula yazılın
  • Həftəiçi 10:00–17:00 · Şənbə 10:00–14:00
  • +994 70 282 80 55
  • Baku Medical Plaza, Babək prospekti 92N